Futzal üzrə keçiriləcək Yüksək və Birinci liqalarda “Yay transfer pəncərəsi”nin vaxtı uzadılıb.

Sport24.az xəər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının saytı məlumat yayıb.

İştirakçı komandalar transfer etdikləri oyunçuları əvvəlcədən nəzərdə tutulduğu kimi, sentyabrın 19-na qədər deyil, ayın 30-u saat 23:59-dək qeydiyyatdan keçirə bilərlər. Yüksək Liqanın startı sentyabrın 26-na, Birinci Liqanın başlama tarixi isə oktyabrın 1-ə nəzərdə tutulub.