Futzal üzrə Yüksək Liqada 2025/2026 mövsümünün sonuncu oyununa təyinatlar açıqlanıb. Sport24.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, AFFA Hakimlər Komitəsi matçın əhəmiyyətini nəzərə alaraq, çempionun adının müəyyənləşəcəyi matça əlavə ehtiyat hakim təyinatı da edib.
"Neftçi" - "Araz-Naxçıvan" qarşılaşması FIFA referilərinə tapşırılıb. Knyaz Əmiraslanova Əli Cəbrayılov və İmran Məhərrəmov kömək göstərəcək.
Hidayət Feyzullayev ehtiyat hakim, Elçin Səmədli hakim-inspektor olacaq.
Qeyd edək ki, oyun mayın 18-də, saat 19:00-da Bakı İdman Sarayında keçiriləcək. "Neftçi" hazırda 52 xalla liderdir. İkinci sıradakı "Araz-Naxçıvan"ın 49 xalı var. Naxçıvan təmsilçisi çempion olmaq üçün mütləq rəqibini 3 top fərqi ilə məğlub etməlidir.