Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisi Avropa çempionatının ilkin mərhələsində növbəti oyununu bu gün keçirəcək. Sport24.az xəbər verir ki, B qrupunda yer alan İlqar Aslanovun rəhbərlik etdiyi kollektiv San Marinodan olan həmyaşıdları ilə üz-üzə gələcək.

 

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

 

Qeyd edək ki, U-19 ötən gün Kosovonu 4:1 hesabı ilə üstələyib. Ancaq birinci yerin sahibi əsas mərhələyə vəsiqə qazanacaq. Bu raundun görüşləri isə martın 21-dən 26-dək keçiriləcək.