Futzal üzrə Azərbaycan millisi növbəti oyununu keçirib. Sport24.az xəbər verir ki, yığmamız AVRO-2026-nın əsas seçmə mərhələsində 4-cü matçına çıxıb.

 

V qrupda yer alan Vitali Borisovun yetirmələri Yunanıstanla qarşılaşııb. Matç Afinada baş tutub. Hesabda 0:2 hesabı ilə geri düşən millimiz sona yaxın bərabərliyi bərpa edib. Amma son saniyələrdə meydan sahiblərini qələbə topunu vura biliblər.

 

Qeyd edək ki, qrupun digər görüşündə Xorvatiya İsveçi qəbul edəcək.

 

AVRO-2026-nın əsas seçmə mərhələsi
V qrup, IV tur
11 mart

 

21:00. Yunanıstan – Azərbaycan - 3:2

Qollar: Alexandros Adamopoulos, 3. Spiridon Papakostas, 31. Marios Ntatis, 40 - Kənan Manafov, 33; 40
Hakimlər: Trayan Ençev, Kaloyan Kirilov, İvan İvanov (Bolqarıstan)
Afina. DAİS Sports Hall