Futzal üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının əsas mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq. Sport.az xəbər verir ki, Vitali Borisovun rəhbərlik etdiyi komanda səfərdə Xorvatiya ilə üz-üzə gələcək.

 

Pula şəhərində  keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.

 

31 yanvar

AÇ-2026. Əsas mərhələ. V qrup

22:15. Xorvatiya – Azərbaycan

Hakimlər: Viktor Bugenko (Moldova), Qriqori Oşomkov (Estoniya), Yaqnar Yakobson (Estoniya)

Timekepeer: Dino Kramar (Xorvatiya)