Futzal üzrə Azərbaycan millisi Qazaxıstanla yoxlama görüşləri keçirəcək. Sport24.az xəbər verir ki, bu barədə Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.

 

Oyunlar aprelin 13-də və 15-də Aktau şəhərində baş tutacaq.

 

Qeyd edək ki, Yevgeni Kukseviçin rəhbərlik etdiyi komanda aprelin 9-da və 11-də Tbilisidə Gürcüstan yığması ilə qarşılaşacaq.