"Çelsi"nin müdafiəçisi Coş Açemponq yay "transfer pəncərəsi"ndə klubdan ayrıla bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Əkrəm Konur məlumat yayıb.

Onun sözlərinə görə, 19 yaşlı sağ cinah müdafiəçisi bu mövsüm Premyer Liqada kifayət kifayət qədər oyun şansı qazanmaması səbəbindən daha çox praktik təcrübə əldə etmək üçün komandadan ayrıla bilər.

Qeyd edək ki, bu mövsüm Çoş Açemponq "zadəganlar"ın heyətində 24 rəsmi matçda meydana çıxıb və cəmi 2 qol vurmaqla diqqət çəkib.