"Köln" baş məşqçisi Lukas Kvasnök ilə yolları ayırıb. Sport24.az xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.

 

Klub rəhbərliyi Mönhenqladbax "Borussiya"sı ilə 3-3 hesablı heç-heçədən sonra 44 yaşlı baş məşqçi ilə yollarını ayırmaq qərarına gəlib. Bu, komandanın ardıcıl yeddinci qələbəsiz oyunu olub. Kvasnöklə yanaşı, onun köməkçisi Frank Kaspari də vəzifəsindən ayrılıb.

 

Hazırda komandanın "sükanı" müvəqqəti olaraq köməkçi-məşqçi funksiyasını daşıyan Rene Vaqnerə tapşırılıb.

 

Qeyd edək ki, Kvasnök ötən yay "Köln"ün baş məşqçisi təyin olunub. Komanda onun rəhbərliyi altında 29 oyun keçirib, yeddi qələbə qazanıb, səkkiz heç-heçə edib və 14-də məğlub olub. şəhərin eyniadlı təmsilçisi hazırda Bundesliqada 15-ci yerdədir və düşmə zonasından iki xal yuxarıdadır.