Vasili Berezutski "Ural"ın baş məşqçisi vəzifəsindən azad edilə bilər. Sport24.az "RB Sport"a istinadən xəbər verir ki, Yekaterinburq klubu onun işindən narazıdır.
Berezutski ötən ilin dükabrında "Ural"ın "sükanı arxasına" keçib. Komanda onun rəhbərliyi altında keçirdiyi 4 oyunun birində qalib gəlib, birində heç-heçə edib və ikisində məğlub olub.
Hazırda aktivində 45 xal olan "Ural" Rusiyanın ikinci ən güclü liqasının turnir cədvəlində üçüncü yerdədir.
Qeyd edək ki, Berezutski Yekaterinburqa yollanmamışdan öncə Azərbaycanda çalışıb. Rusiyalı mütəxəssis ötən mövsüm "Sabah"la ölkə kubokunun qalibi olub.