"Borussiya Dortmund"da yeni təyinat gerçəkləşib. Sport24.az xəbər verir ki, komandanın idman direktoru vəzifəsinə Nils-Ole Buk təyin olunub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, 40 yaşlı mütəxəssis 2029-cu ilin yayına qədər Dortmund təmsilçisinin uğurları üçün çalışacaq.
Qeyd edək ki, o, bu vəzifədə Sebastian Kehli əvəzləyib.