İtaliya milli kiomandasının heyətində ciddi itki baş verib. Sport24.az xəbər verir ki, "Liverpul"da çıxış edən Federiko Kyeza sıradan çıxıb.

 

Bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.

 

28 yaşlı vinger zədə səbəbindən yığmanın heyətindən kənarlaşdırılıb. Baş məşqçi Cennaro Qattuzo Kyezanın əvəzinə "Bolonya"dan Nikolo Kambiaqa heyətə daxil edib.

 


Qeyd edək ki, İtaliya millisi DÇ-2026-nın seçmə mərhələsinin pley-off yarımfinalında Şimali İrlandiya ilə üz-üzə gələcək. Qarşılaşma 26 mart tarixində baş tutacaq.