"FIFA Series - 2026" beynəlxalq turniri çərçivəsində martın 27-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan – Sent Lüsiya oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı məlum olub.
Sport24.az xəbər verir ki, millimizin baş məşqçisi Ayxan Abbasov saat 18:30-da media nümayəndələrinin qarşısına çıxacaq:
26 mart
Sent Lüsiya milli komandası
10:30. Mətbuat konfransı (Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu)
18:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu)
Azərbaycan milli komandası
18:30. Mətbuat konfransı ("Dalğa Arena")
19:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq ("Dalğa Arena")