"Arsenal"ın baş məşqçisi Mikel Arteta, İngiltərə Liqa Kupokunun finalında David Rayanın yerinə Kepa Arrizabalaqanı ilk "11-lik"də başlatdığı üçün tənqid olunub. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

"Arsenal"ın "Mançester Siti"yə 0-2 uduzduğu oyunda Kepa Niko O"Rileynin vurduğu ilk qolda səhv edib və keçmiş futbolçular tərəfindən sərt tənqid olunub.
Ceymi Redknapp və Mayka Rişards 31 yaşlı qapçının Raya qədər güclü olmadığını və bu seçimin "topçular"ın məğlubiyyətində rol oynadığını bildiriblər.

Arteta isə qərarını müdafiə edərək açıqlayıb:

 

"Kepa turnirdə komandaya çox kömək edib və onu əvəzləmək həm ona, həm də komandaya ədalətsizlik olardı".