Roberto De Zerbi "Tottenhem"i çalışdırmağa hazırdır. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira "X" sosial media hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, 46 yaşlı mütəxəssis London klubu Premyer Liqada qalacağı təqdirdə "sükan arxasına" keçməyə hazır olduğunu bildirib.
Bundan əlavə, "Tottenhem" hələ də yeni idman direktoru axtarışındadır. Bu vəzifəyə əsas namizədlərdən biri əvvəllər Dortmund "Borussiya"sında çalışmış Sebastian Kehldir.
De Zerbinin son işi fevral ayında vidalaşdığı "Marsel"də olub.
Qeyd edək ki, "Tottenhem" hazırda 30 xalla turnir cədvəlində 17-ci yerdədir. Komandanı düşmə zonasından cəmi bir xal ayırır.