Futzal üzrə Azərbaycan milli komandasının Bakıda təlim-məşq toplanışı keçiriləcək. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının nətbuat xidməti məlumat yayıb.

 

Martın 23-dən 26-dək davam edəcək hazırlıq prosesinə 18 oyunçu dəvət olunub.

 

Yığmaya çağırılan futzalçıların siyahısı: 

 

Qapıçılar: Rövşən Hüseynli (Araz-Naxçıvan), Cavad Məmmədov (Baku Fire)

Oyunçular: Tofiq Əliyev, Nihad İsmayılov, Emil Həsənzadə (hamısı Neftçi İK), Ədalət Ələkbərov, Ülvi Əliyev (hər ikisi Araz-Naxçıvan), Eldar Zeynalov, Tofiq Mikayılov, Oktay Rüstəmli, Fərid Abbasov, Kənan Manafov, Novruz Kazıxanov, Nurlan Məmmədov, Murad Quluzadə, Məhəmməd Abbasov, Həsənəli Rəhimov (hamısı Baku Fire), Pünhan Qasımov (U-19).