"Vest Bromviç" və "Çelsi"nin keçmiş müdafiəçisi Nil Klement İspaniyada narkotik alverində şübhəli bilinərək həbs edilib. Sport24.az xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb.

 

47 yaşlı veteran futbolçu Marbelya və Fuengirola arasında yerləşən "Riviera del Sol" ticarət mərkəzində həbs edilib. Onun üzərindən və evindən müxtəlif narkotik maddələr və nağd pul tapılıb.

 

Klement 2000-ci ildən 2010-cu ilə qədər "Vest Bromviç"də oynayıb, 295 oyun keçirib və 24 qol vurub. O, "Çelsi"nin də formasını geynib. 

 

Qeyd edək ki, Kement həbs edildikdən sonra məhkəməyə çıxarılıb və istintaq bitənə qədər girov müqabilində azadlığa buraxılıb. Polis bir kiloqramdan çox qadağan olunmuş maddə müsadirə edib. Əməliyyat sakinlərin şübhəli fəaliyyətlə bağlı şikayətlərindən sonra aparılan istintaqın bir hissəsi olub.