"Milan"ın yarımmüdafiəçisi Luka Modriç üçün "Torino" ilə matç (3:2) əlamətdar olub. Sport24.az xəbər verir ki, 40 yaşlı xorvat Avropanın top-5 liqasında 550-ci oyununu keçirib.
O, "Real"ın heyətində 394, Premyer Liqada "Tottenhem"in forması ilə 127, və "Milan"da 29 oyunda meydana çıxıb.
Bu göstəricidə Modriç yalnız Madrid "Atletiko"sunun hücumçusu Antuan Qrizmanndan geri qalır. Onun aktivində 555 oyun var.
Qeyd edək ki, yarımmüdafiəçi cari mövsümdə "Milan"ın heyətində bütün turnirlərdə 32 oyuna çıxıb, iki qol vurub və 3 məhsuldar ötürmə edib.