Harri Keyn "Bavariya"nın heyətində "Yunion"(Berlin) ilə Bundesliqanın 27-ci tur oyununda (4:0) fərqlənib. Sport24.az xəbər verir ki, ingiltərəli hücumçunun cari mövsüm çempionatda 26 oyunda 31 qolu var.

 

Robert Levendovskinin rekorduna çatmasına isə 10 qol qalır.

 

Bundan əlavə, Keyn bütün turnirlərdə son 10 oyunun 9-da qol vurub. Ümumilikdə isə onun "Bavariya" və İngiltərə millisi üçün bu mövsüm 45 oyunda 53 qolu var.