"İnter"in futbolçusu Kristian Aslani karyerasına Türkiyədə davam etmək istəyir. Sport24.az xəbər verir ki, "Beşiktaş" 24 yaşlı futbolçunun transfer hüququna yiyələnmək niyyətindədir. 

 

"Beşiktaş" mövsümün əvvəlində albaniyalını bir mövsümlük icarəyə götürüb.

 

"Qara qartallar" Aslani üçün "İnter"lə danışıqlara başlayıb.

 

Onun "nerazzura" ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.

 

Albaniya millisinin üzvü "Empoli" və "Torino" klublarında da oynayıb.