Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi "Kayzerslautern" bu gün 2-ci Bundesliqada növbəti oyununa çıxıb. Sport24 xəbər verir ki, səfərdə azərbaycanlı futbolçunun sabiq komandası "Nürnberq"in qonağı olan "Kayserslautern" 0:3 hesabı ilə məğlub olub. Emreli matçın 56-cı dəqiqəsində meydana daxil olub.
Qeyd edək ki, "Kayzerslautern" turnir cədvəlində 40 xalla 7-ci pillədə yer alıb.