Bolqarıstan çempionatında 27-ci turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, milli komandamızın müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi "Arda" da növbəti matçına çıxıb.

 

Sözügedən komanda səfərdə "Septemvri" ilə qarşılaşıb və 4:1 hesablı qələbəyə sevinib. Hüseynov bu görüşdə 90 dəqiqə meydanda olub.

 

"Arda" hazırda 38 xalla turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.