MLS-də 5-ci turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, Nəriman Axundzadənin transfer olduğu "Kolambus Kru" səfərdə "Toronto"nun qonağı olub.

 

Qarşılaşma meydan sahiblərinin 2:1  hesablı qələbəsi ilə bitib.

 

Nəriman Axundzadə bu matçda debüt edib. Millimizin hücumçusu 88-ci dəqiqədə meydana daxil olub.

 

5 turdan sonra 2 xal toplayan "Kolambus Kru" turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.