"Real"ın hücumçusu Kilian Mbappe La Liqanın 29-cu turunda Madrid "Atletiko"suna qarşı oyunda start heyətində yer ala bilər. Sport24.az xəbər verir ki, bu barədə COPE məlumat yayıb. 

 

Mənbənin sözlərinə görə, fransız futbolçu cümə günü məşqlərdə intensiv işləyib və bu da diz zədəsindən tam sağaldığını göstərir. Bu, onun əsas heyətdə yer alma ehtimalını artırıb.

 

Təxminən bir aydır ki, sıradan çıxan Mbappe Çempionlar Liqasının 1/8 finalının cavab qarşılaşmasında "Mançester Siti"yə qarşı 2:1 hesablı qələbə qazandıqları matçda əvəzetmədən meydana çıxıb. 

 

Qeyd edək ki, "Real" - "Atletiko" matçı sabah baş tutacaq.