"Mançester Yunayted" müdafiəçisi Harri Maquayr ilə yeni müqavilə bağlamağa yaxındır. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

 

Mənbənin sözlərinə görə yeni müqavilə 2027-ci ilin yayına qədər davam edəcək və əlavə bir mövsüm üçün seçim imkanı olacaq. Onun hazırkı müqaviləsi bu yay başa çatır. 

 

Oyunçunun gələcəyi baş məşqçi Maykl Kerrikin gəlişinə qədər qeyri-müəyyən olaraq qalıb. Lakin Harri "Yunayted"in son nəticələrində əsas rol oynayıb.

 

Qeyd edək ki,  Yunanıstan məhkəməsi bu yaxınlarda Maquayrı 2020-ci ilin avqust ayında Mikonos adasında baş verən hadisəyə görə şərti olaraq 15 ay həbs cəzasına məhkum edib. Futbolçu "ciddi olmayan xarakterli döymə", eləcə də həbsə müqavimət göstərməkdə və hüquq-mühafizə orqanlarının əməkdaşlarına rüşvət verməyə cəhddə günahkar bilinib. Hadisə idmançı Yunanıstan kurortunda tətildə olarkən baş verib.