Çempionşipdə çıxış edən "Milliuoll" klubunun rəhbərliyi qeyri-adi addım atıb. Sport24.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı xəbər paylaşıb.
Rəsmilər komandanın ev oyunlarını keçirdiyi "Den" stadionu ilə 999 illik icarə müqaviləsi imzaladıqlarını açıqlayıblar.
Bu isə o deməkdir ki, "Milliuoll" 3035-ci ilə qədər hazırkı stadionunda oynaya biləcək. Adını qeyd etdiyimiz arena 1993-cü ildə inşa olunub.
Qeyd edək ki, "Milliuoll" hazırda Çempionşipdə dördüncü yerdədir.