Futzal üzrə Yüksək Liqada çıxış edən "Lənkəran" komandası texniki məğlubiyyət alıb. Sport24.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Bölgə təmsilçisi XV turda U-19 kollektivi ilə oyuna təyin olunan vaxtda gəlmədiyi üçün cəzalanıb. "Lənkəran"a 0:5 hesablı texniki məğlubiyyət verilib.
Eyni hal futzal üzrə 1-ci liqada da yaşanıb. "Atletiko Baku" təyin olunan vaxtda PFL-lə görüşə çıxmadığı üçün 0:5 hesablı texniki məğlubiyyət alıb.