"Qış fasiləsindən sonra komanda pis çıxış etmədi. "Səbail" ilə matçda məğlub olsaq da, oyun baxımından uğurlu oldu". Bu sözləri Sport24.az-a açıqlamasında "Zaqatala"nın baş məşqçisi Rüstəm Məmmədov deyib.

Gənc mütəxəssis komandada yaranmış maliyyə problemlərindən danışıb:

"Bu siyahıya "Mingəçevir"lə qarşılaşmanı da əlavə etmək olar. Sonradan komandada müəyyən probemlemlər yarandı. Heyəti bir neçə futbolçu tərk etmişdi. Maliyyə problemimiz də oldu. İndi hər şey yavaş-yavaş qaydasına düşür. Bu problem əsasən ikinci dövrədə, qış fasiləsində başladı. Səbəbini klub rəhbərliyi bilir. AFFA-nın bizə ayırdığı puldan başqa, bəzi sponsorlar komandaya yardım edirdi. Həmin ödənişlərin bir qismi azaldığı üçün problemlə üzləşdik. Başlanğıc uğurlu deyildi. Hazırda uşaqlar bu vəziyyətdən çıxıb toparlanmağa çalışırlar. Çempionatda son dövrəyə daxil oluruq. Qalan oyunlarda çox xal toplayıb mövsümü yuxarı pillədə bitirmək istəyirik. Turnir cədvəlindəki mövqeyimiz bizi razı salmır. Bunun səbəbi futbolçuların potensialının yüksək olmasıdır. Ümid edirik ki, mövsümü ilk "beşlik"də başa vura biləcəyik". 

Qeyd edək ki, "Zaqatala" Birinci Liqada 19 turdan sonra 22 xalla 7-ci pillədə qərarlaşıb.