"Mançester Yunayted"in 34 yaşlı yarımmüdafiəçisi Kazemiro karyerasını Avropanın aparıcı liqalarından birində davam etdirməyə hazırdır. Sport24.az ESPN-ə istinadən xəbər verir ki, oyunçuya ən çox MLS və Səudiyyə Ərəbistanı klubları maraq göstərir.

 

Mənbənin sözlərinə görə, "qırmızı şeytanlar"ın yarımmüdafiəçisi ilə "İnter Mayami", "Los Angeles Galaxy" və "Əl-İttihad" klubları maraqlanır. Onun müqaviləsi 2026-cı ilin yayında başa çatır və ingilis klubu braziliyalı ilə müqaviləsini yeniləməyəcək.

 

Qeyd edək ki, Kazemiro 2022-ci ilin yayından "Mançester Yunayted"də çıxış edir. Bu mövsüm yarımmüdafiəçi "qırmızı şeytanlar"ın heyətində bütün turnirlərdə 30 oyuna çıxıb, 7 qol vurub və 2 məhsuldar ötürmə edib.
Отправить отзыв