Müdafiəçi Françesko Açerbi cari mövsümünün sonunda "İnter"dən ayrılacaq. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında paylaşım edib.

 

38 yaşlı mərkəz müdafiəçisi "nerazzurri" ilə 2026-cı ilin yayında başa çatan müqaviləsini yeniləməyəcək.

 

Qeyd edək ki, Açerbi "İnter"ə 2022-ci ilin yayında qoşulub. İtaliyalı futbolçu Milan klubu ilə çempion olmaqla yanaşı, İtaliya Kubokunu və iki İtaliya Super Kubokunu qazanıb. Bu mövsüm Açerbi bütün turnirlərdə 21 oyun keçirib.