FİFA yeniliyə imza atıb. Sport24.az xəbər verir ki, tarixdə ilk dəfə futzal üzrə milli komandaların FİFA reytinqi açıqlanıb.

 

Kişi futzalçıların siyahısında 139 yığma yer alıb. Azərbaycan 1139,38 xalla dünyada 29-cudur. Cədvələ 1568,41 xalla Braziliya başçılıq edir.

 

Qeyd edək ki, ölkəmizin təmsil olunmadığı qadın yığmaların siyahısında 69 milli yer alıb.