Futzal üzrə Yüksək Liqada 20-ci tur çərçivəsində keçiriləcək "Neftçi" İK – "Araz-Naxçıvan" oyununun başlama saatı dəyişdirilib. Sport24.az xəbər verir ki, görüş əvvəlcədən nəzərdə tutulduğu kimi, saat 16:00-da deyil, 19:00-da start götürəcək.


CBC Sport-la canlı yayımlanacaq matç başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçiriləcək.