Yüksək Liqada arxada qalan 11 tur ərzində 81 futzalçı qol vurub. Sport24.az xəbər verir ki, qış fasiləsinə qədər keçirilmiş 44 matçda ən çox qol vuran “Record club.az”ın hücumçusu Hasan Ali Jafaridir. Belə ki, əfqanıstanlı futzalçının aktivində 22 qol var.

Liderin ən yaxın izləyicisi autseydir “Alyans”ın üzvüdür. Söhbət Oktay Rüstəmlidən gedir ki, rəqib qapılarına 20 dəfə yol tapıb.

İlk “3-lüy”ü iki futzalçı qapayır. “Araz-Naxçıvan”ın üzvləri – Xətai Bağırov və Maneka hərəyə 19 qol vurub.