Bu gün futzal üzrə Yüksək Liqada final və 3-cü yer uğrunda oyunlar keçiriləcək.

Sport24.az xəbər verir ki, əvvəlcə bürünc medalçının adına aydınlıq gətiriləcək. 

Daha sonra isə çempionun adı məlum olacaq. "Araz Naxçıvan"la "Neftçi" İK arasındakı finaldan sonra mükafatlandırma mərasimi olacaq.

Yüksək Liqa
15 may 

Üçüncü yer uğrunda oyun

Baku Fire – Record
Hakimlər: Rza Məmmədov, Hacıəli Ağayev, Ziya Nəsirov
Hakim-inspektor: Elçin Səmədli
Bakı İdman Sarayı. Saat 16:00.

Final

Araz Naxçıvan – Neftçi İK
Hakimlər: Hikmət Qafarlı, Knyaz Əmiraslanov, Əli Cəbrayılov
Hakim-inspektor: Murad Məmmədov
Bakı İdman Sarayı. Saat 18:30.