PSJ-nin qapıçısı Canluici Donnarumma Fransa klubundakı gələcəyi ilə bağlı sualı cavablandırıb. Sport24.az xəbər verir ki, itlayan qolkiper heç də hər şeyin ondan asılı olmadığını bildirib:

 

"Klubla müqaviləm bir ildən sonra başa çatır. Hər şey təkcə məndən deyil, həm də PSJ-dən asılıdır. Əgər klub qalmağımı istəsə, burada oynamağa davam edəcəm. Sadəcə, müqaviləni uzatmaq lazımdır, amma qərarı rəhbərlik verəcək".

 

Qeyd edək ki, Donnarumma 2021-ci ilin yayında "Milan"dan ayrılaraq azad agent kimi PSJ-yə keçib.