Futzal üzrə Çempionlar Liqasının ilkin mərhələsi yekunlaşıb. Sport24.az xəbər verir ki, Azərbaycan çempionu "Araz-Naxçıvan" bu gün qrupda son matçına çıxın.

 

İlk iki turda qalib gələn Vitali Borisovun komandası İsveç təmsilçisi "Uddevalla" ilə üz-üzə gəlib. Oyun rəqibin 4:3 hesablı qələbəsi ilə başa çatıb. .

Qeyd edək ki, "Araz-Naxçıvan" ilk iki turda "Sparta Belfast"ı (Şimali İrlandiya) 7:1, "Sillamae Silla"nı (Estoniya) isə 7:0 hesabı ilə məğlub edib.

 

Çempionlar Liqası
İlkin mərhələ
III tur
24 avqust
"Uddevalla" – "Araz-Naxçıvan" - 4:3
Hakimlər: 
Pawel Tokarewicz (Polşa), Trayan Enchev (Bolqarıstan), Yasin Alageyik (Belçika)
Uddevalla. Agnebergshallen