Ötən həftə İtaliyanın Emiliya-Romanya regionunda güclü sel səbəbindən Formula 1 Qran-prisi ləğv olunub. Sport24.az xəbər verir ki, yarışın keçirildiyi İmola şəhərində avtodrom su altında qaldığından yarış baş tutmayıb.

Nəticədə komandalar pilotları ilə birgə İtaliyanı tərk edib. Amma “Alfa Tauri” komandasının yaponiyalı pilotu Yuki Tsunoda Faentsa şəhərində könüllülərə qoşulub. O, daşqının fəsadlarının minimuma endirmək üçün yerli xidmət orqanları ilə birgə təmizlik işləri aparır.

Artıq Tsunodanın zibil təmizləyən yerdə fotoları da yayılıb. “Mersedes”də çıxış edən Formula 1 üzrə 7 qat dünya çempionu Lüis Hemilton da buna görə yaponiyalı pilota təşəkkür edib.