Formula-1" üzrə üçqat və hazırkı dünya çempionu Maks Ferstappen Bakıda yarış həftəsonunun başlamasından məmnun qalıb. Sport24.az xəbər verir ki, cümə günü sərbəst yürüşün nəticələrinə görə yalnız 6-cı nəticə göstərməsinə baxmayaraq, "Red Bull" pilotunun əhvalı yüksəkdir.
O, trekdə düzgün istiqamətdə irəlilədiklərini vurğulayıb: "Çox şey öyrənmişik, sadəcə, bəzi düzəlişlər etməliyik. Düşünürəm ki, bu həftəsonu daha yaxşı formadayıq və bu, bizi sevindirməyə bilməz. İkinci məşq birinci ilə müqayisədə bir qədər çətin keçdi. Görünüşlə bağlı problemlər var idi: günəş batanda binaların arasında parıltı yaranır. Tras kifayət qədər sürüşkəndir, 90 dərəcəli dönmələr çoxdur, ona görə də tarazlığı hələ də yaxşılaşdırmaq lazımdır".