Sabiq Formula 1 pilotu Conni Herbert yarış zamanı radiodanışılqardan istifadəsinin qadağan olunması təklifi ilə çıxış edib. Sport24.az xəbər verir ki, onun fikrincə, mühəndislərin pilotu yönləndirməsi mübarizəyə kölgə salır: “Əlimdə imkan olsaydı, bunu qadağan edərdim. İndi mükəmməl qurğularla müxtəlif strateji variantlara əl atırlar. Amma texnikanın müdaxiləsinin əleyhinəyəm. Qoy, qərarı mühəndislər yox, pilotların özü versin. Ayrton Senna və Deymon Hillin dövrü necə idi, elə də olsun. O vax yalnız start ərəfəsində strategiyanı müəyyənləşdirərdik, yarış zamanı isə qərarı özümüz qəbul edərdik. Şinlərə görə pilota radiötürücü vasitəsilə xəbərdarlıq edilməsinin əleyhinəyəm. Qoy, o özü bunu müəyyənləşdirsin. İndi ancaq tapşırıq gözləyirlər”.