Formula 1 üzrə sabiq dünya çempionu Mario Andretti gələcəkdə Maks Ferstappeni “İndyCar”ın “İndianapolis 500 mili” yarışına dəvət etmək istəyir. Sport24.az xəbər verir ki, o, bunun üçün Maksın 8 dəfə dünya çempionu olmasını gözləmək istəyir: “Avtoidman müxtəlif kateqoriyaları olan böyük və xoşbəxt ailədi. Şəxsən mən onun hər sahəsində iştirak etmək istəyirəm. Avtoidmanın hər bölümünə marağım olub. Hər yerdə də dostlarım var. Maks Ferstappen 8-ci dəfə dünya çempionu olsa, onu “İndi-500” turnirinə dəvət edəcəm”.

Xtırladaq ki, bir müddət əvvəl Ferstappen gələcəkdə “Le Manın 24 saatı yarışında iştirak etmək istədiyini söyləyib.