''Formula-1'' üzrə ''Alfa Tauri'' komandasının üzvü Yuki Tsinoda digər komandaların ona maraq göstərməsi barədə danışıb. Sport24.az xəbər verir ki, züsusilə də şaiyələrə inansaq, ''Red Bull'' Serxio Peresin yerinə məhz bu pilotu gətirmək istəyir.

Cəmi 159 sm boya malik olan 23 yaşlı yaponiyalı pilot bunları deyib: ''Peresin ''Red Bull'' ilə gələn mövsümün sonuna qədər müqaviləsi var. Fikrimcə, komandanın rəhbərliyi ondan razıdı. Ona görə də çalışıram, bu söz-söhbətlərə diqqət yetirməyim. Zaman hər şeyi yoluna qoyacaq. Hətta deyərdim ki, indi ''Alfa''da yer almağım mənim üçün yaxşıdı. Yəni öz bacarığımı tək ''Red Bull''a yox, digər komandalara da göstərirəm. Karyeramı harda davam etdirəcəyimi bilmirəm. Sadəcə, seçim imkanı geniş olan potensiallı bir pilot olmaq istəyirəm. Təbii ki, son illərdə sabit çıxış edən komandalardan birinə keçmək daha yaxşı olardı. Bəlkə də ''Alfa'' da nə vaxtsa, belə komandalardan sayılacaq və burdan ayrılmağım üçün səbəb olmayacaq. Özümə qarşı bu qədər marağın olması bir pilot kimi məni sevindirir''.