Formula Regional Championship yarışında ölümlə nəticələnən qəza baş verib. Sport24.az xəbər verir ki, “MP Motorspor” komandasının 18 yaşlı pilotu Dilano van`t Hoff “Spa Frankorşam” mərhələsində bolidlərin toqquşması nəticəsində həlak olub.

Belə ki, trassda qarşıdakı qəzanı görərərək bolidini saxlayan gənc pilot bunun cəzasını çəkib. Nəticədə arxadan gələn Adam Fitsceraldın bolidi onun idarə etdiyi yarış avtomobilinə çıırpılıb. 

Bundan dan sonra daha iki bolid də onun maşınına zərbə endirib. Hoff hadisə nəticəsində həlak olubsa, Fitscerald ciddi xəsarət alıb. Yarış yağışlı hava şəraitində keçirilirdi.

Xatırladaq ki, Dilano van`t Hoff Niderlandın Dordrext şəhərində doğulub. O, 2021-ci ildə İspaniya Formula 4-ünün qalibi də olmuşdu.