"Məncə, bu gün sərbəst yürüşlər komandamız üçün yaxşı alındı". Sport24.az xəbər verir ki, bunu "Formula-1" üzrə 3 qat dünya çempionu Maks Ferstappen deyib.

 

"Red Bull"un pilotu Azərbaycan Qran-prisində ilk çıxış gününü dəyərləndirib: "Bəzi məsələləri özümüz üçün müəyyən etdik. İndi təhlillər aparıb, daha yaxşı çıxış etmək üçün nə etməli olduğumuzu müəyyənləşdirəcəyik. Görünür ki, həftəsonu rəqabət aparmağa hazırıq və bu, sevindiricidir. Burda 90 dərəcəli döngələr çox və sərtdir. Bəzən divara dəyməmək üçün əyləci basmaq lazım gəlir".

 

Qeyd edək ki, niderlandlı sürücü sərbəst yürüşləri 6-cı pillədə başa vurub.