Maks Ferstappen Formula-1 üzrə Kanada Qran-Prisinin qalibi olub. Sport24.az xəbər verir ki, "Red Bull" pilotu finiş xəttini 1-ci keçib.

İkinci pilləni Lando Norris ("Maklaren") tutub. İlk "üçlüy" isə və Corc Rassell ("Mersedes") tamamlayıb.

 

Bu qələbədən sonra Ferstappen xalını 194-ə yüksəldib. O, ən yaxın izləyicisi Şarl Lekleri ("Ferrari") 56 xal qabaqlayır. Norris 131 xalla 3-cüdür.

 

Formula-1. Kanada Qran-Prisi

1. Maks Ferstappen ("Red Bull") — 70 dövrə
2. Lando Norris ("Maklaren") +3.879
3. Corc Rassell ("Mersedes") +4.317
4. Lyuis Hemilton ("Mersedes") +4.915
5. Oskar Piastri ("Maklaren") +10.199
6. Fernando Alonso ("Aston Martin") +17.510
7. Lens Stroll ("Aston Martin") +23.625
8. Daniel Rikardo ("RB") +28.672
9. Pyer Qasli ("Alpin") +30.021
10. Esteban Okon ("Alpin") +30.313