"Bakıdakı yürüşdən əvvəl avtomobili tamamilə dəyişməliyik". Sport24.az xəbər verir ki, bunu Formula-1 üzrə 3 qat dünya çempionu Maks Ferstappen deyib.

 

"Red Bull"un üzvü son yarışlarda uğursuz çıxışına aydınlıq gətirib: "Düzünü desəm, İtaliya Qran-prisində böyük məyusluq yaşamadım. Sadəcə, öz yürüşümü həyata keçirdim. Bəli, maşının tempi yüksək deyildi, pit-stopda uğursuzluq yaşadıq. Məncə, komandanın strategiyası düz deyildi. Mühərrikin tam gücü ilə işləməməsi səbəbindən problemlərimiz oldu. İndi hər şey pisdir. Bakıya yollanmazdan əvvəl çox iş görməliyik".

 

Qeyd edək ki, Ferstappen bazar günü keçirilən Qran-prini 6-cı pillədə başa vurub. Növbəti yarış sentyabrın 13-15-də Bakıda olacaq.