"Red Bull''un baş məsləhətçisi Helmut Marko öz işçilərini kütləvi şəkildə itirmələrinə münasibət bildirib. Sport24.az xəbər verir ki, ''Red Bull'' ''Formula-1''də komandalar arasında son 2 ilin çempionu olmasına baxmayaraq, son dönəmlərdə onların işçiləri ayrılaraq başqa komandalara keçməyə üstünlük verirlər

Çarkonun fikrincə, bu, həqiqətən də böyük problemdi: "Problem ilk növbədə maddi məsələlərlə bağlıdı. Sadəcə, onlara təklif etdiyimizdən ikiqat çox pul təklif olunur, vəssalam! Amma bizi komanda kimi hələ də bir yerdə saxlayan emosiya və ehtiras kimi amillər var. Təbii ki, Maks Ferstappen kimi sürücüyə malik olmağımız da bizim üçün əlavə üstünlükdü. Hər kəs bu uğurun bir parçası olmaq istəyir. Ümid edirəm ki, personalımızı itirməyimiz müvəqqəti xarakter daşıyır. Bəzi universitetlərlə sponsorluq müqavilələrimiz var. Lazım olduqda özümüz yeni işçilər yetişdirə bilirik''.