Lüis Hemilton mövsümün sonunda “Mersedes”dən ayrılacaq. Sport24.az xəbər verir ki, Böyük Britaniya mətbuatı bu iddiayla çıxış edib.

Belə lki, Hemilton omandasının iddiasızlığına görə, Formula 1 üzrə 7 qat dünya çempionu iş yeriuni dəyişmək fikrindədir. 38 yaşlı dünya pilot Bəhreyn Qran-prisindən sonra mətbuata açıqlamasında da çıxışlarından narazı qaldığını söyləmişdi. O, hətta “Mersedes” rəhbərliyinin onun təkliflərini nəzərə almadığını da qeyd etmişdi.

Xatırladaq ki, Lüisin Almaniya komandası ilə müqavilə müddəti mövsümün sonunda başa çatacaq. Onun “Mersedes”lə vidalaşdıqdan sonra karyerasını bitirəcəyi də istisna olunmur.