Son günlər mətbuatda “Ferrari”nin “Mersedes”də çıxış edən Lüis Hemiltona ilə 50 milyon dollar dəyərində müqavilə təklif etməsi ilə bağlı məlumatlar yayılıb. Sport24.az xəbər verir ki, bu mənada əsasən İtaliya mətbuatı fəallıq nümayiş etdirir.

Bu ölkənin nüfuzlu “La Gazzetta dello Sport” nəşrinin məlumatına görə, skuderiyaılıarın artıq planı da məlumdu. Belə ki, “Mersedes”lə mövsümün sonunda müqaviləsi başa çatacaq Hemilton “Ferrari”də Karlos Saynsın yerini tutacaq. İtaliya komandasının rəhbərliyi Şarl Leklerdən imtina etmək istəmir.

Amma Almaniyanın “Bild” nəşrinin məlumatına görə, “Ferrari” ilə Hemilton arasında hazırda heç bir danışıqlar getmir. Böyük Britaniyanın “Daily Mail” nəşri isə “Ferrari” ilə “Mersedes”in Leklerlə Hemiltonu dəyişdirə biləcəyini yazır.