Formula 1 üzrə 7 qat dünya çempionu Lüis Hemilton “Ferrari”dən ilə 50 milyon avroluq məvacib təklifi almasıyla bağlı xəbərlərə münasibət bildirib. Sport24.az xəbər verir ki, “Mersedes” pilotu bütün bunları əsassız adlandırıb: “Başa düşmürəm, bu söz-söhbətlər haradan qaynaqlanır? "Ferrari” ilə heç bir danışıqlar aparmıram. Yəqin, hansısa jurnalist İmoladakı Qran-prinin təxirə salınmasından sonra darıxıb və başını qatmaq üçün belə bir şayiəni ortaya atıb”.
Maraqlıdır ki, Hemiltonun “Mersedes”dəki komanda yoldaşı Corc Rassell bu şaiyələrə başqa prizmadan yanaşıb. Daha doğrusu, gənc britaniyalı pilot iddialı açıqlaması ilə diqqət çəkib: “Mənim üçün fərqi yoxdur, Lüis “Mersedes”də qala da bilər, gedə də. Çünki, hər şey məndən asıldır və həqiqətən də inanıram ki, peletonda hamıdan güclü ola bilərəm”.
Xatırladaq ki, Hemiltonun “Mersedes”lə müqaviləsi ilin sonunda başa çatır.