“Mersedes” pilotu Lüis Hemilton Formula 1 karyerasını bitirdikdən sonra nə işlə məşğul ola biləcəyi ilə bağlı suallara aydınlıq gətirib. Sport24.az xəbər verir ki, 7 qat dünya çempionu sürət yarışlarından ayrılmaq istəmir: “Bir neçə il əvvəl NASCAR pilotu Toni Stüartla yarış maşınımı dəyişdim. Bu, elə əyləncəli idi ki. Nə vaxtsa, NASCAR-da qüvvəmi sınamaq istəyərdim. Başqa seriyalarda da özümü göstərmək həvəsində olduğumu söyləyə bilmərəm, amma onlar mənim xoşuma gəlir. Yarış həvəskarıyam və müxtəlif çempionatları da diqqətdə saxlayıram. Həmçinin Valentino Rossinin motosikletini də idarə etmişəm. MotoGP-də də qüvvəmi sınamaq istəyərdim. Elə olur ki, İdyCar yarışlarını da izləyirəm və bəzən ora da meyl salıram”.
Xatıraladaq ki, mövsümün sonunda Hemiltonun “Mersedes”lə müqaviləsi başa çatır.