2026-cı ildə Formula 1-də debüt etmək istəyən komanda və şirkətlərin sayı durmadan artır. Sport24.az xəbər verir ki, artıq nüfuzlu “General Motors” şirkətinin də adı “Kral avtoyarışları” ilə yanaşı hallanır.
Almaniya mətbuatının məlumatına görə, ABŞ şirkəti 3 ildən sonra Formula 1-də mühərrik istehsalçısı kimi debüt etmək istəyir. Qurumun icraçl direktoru Erik Uorren bu xəbərlərə münasibət bildirərək həqiqətən də belə bir fikirdə olduqlarını söyləyib: “2026-cı ildən sonra belə bir layihənin bir parçası olmaq istəyirik. Amma rəqabətədavamlığa əmin olmalıyıq. Əlbəttə, şəxsi mühərrikimizi istifadəyə verə bilərik. Amma bunun üçün 2026-cı ildə komandaların vəziyyətinə baxmalı, sonradan 2027-ci il üçün qərar verməliyik. Bu mənada “Andretti” komandası ilə işləyə bilərik”.